“Əllərimizi bağlayıb vətəni satdılar”


Dünya 15 Avq 2021 21:30:00 144 0

“Əllərimizi bağlayıb vətəni satdılar”

"Taliban"ın Kabilə girməsindən sonra Əfqanıstan prezidenti Əşrəf Qaninin ölkəni tərk etməsi etirazla qarşılanıb.

Son.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Əfqanıstanın müdafiə nazirinin vəkili Bismillah Muhammedi tvitter hesabında Qaninin ünvanına ağır ittihamlar səsləndirib.

"Əllərimizi arxadan bağladılar və vətəni satdılar. Qani və heyətinə lənət olsun", - deyə o, qeyd edib.

Milli Barışıq Ali Şurasının sədri isə bildirib: "Əfqanıstanı çətin zamanda tərk etdi. Allah ondan bunun hesabı soruşacaq". 

Qeyd edək ki, Ə.Qaninin Tacikistana üz tutduğu bildirilir.