ABŞ Kabildəki səfirlik əməkdaşlarını təxliyə etməyə başlayıb


Dünya 15 Avq 2021 09:58:00 143 0

ABŞ Kabildəki səfirlik əməkdaşlarını təxliyə etməyə başlayıb

ABŞ bu gün Əfqanıstanın paytaxtı Kabil şəhərində olan səfirlik işçilərini təxliyə etməyə başlayıb.

Bu barədə "Reuters" agentliyi mənbələrə istinadən xəbər verir.

Amerika rəsmilərindən biri agentliyə bildirib ki, işçilərin çoxu ayrılmağa hazırdır, indi səfirliyin "kiçik bir qrupu" Kabili tərk edir.