Komadan ayılan müğənni yaddaşını itirib


Digərləri 15 Avq 2021 05:36:00 166 0

Komadan ayılan müğənni yaddaşını itirib

Müğənni MakSimin komadan ayılandan sonra yaddaşında problem yaranıb.

Son.az Axşam.az-a istinadən xəbər verir ki, bu haqda onun meneceri açıqlama verib.

"MakSim ümumiyyətlə həyatında olan çox hadisələri xatırlamır. Hərdən az-az nəyisə yadına salır. Hətta məktəbinin açılışını və Kazanda olan sonuncu konsertini xatırlamadı" deyə, Yana bildirib.

Ötən gün öz istəyi ilə evə buraxılan MakSimin müalicəsi davam edir. Meneceri onun uzunmüddətli müalicənin gözlədiyini söyləyib. Müğənni gəzə bilmir, başı fırlanır, nəfəs almaqda çətinlik çəkir.