Hamımız səfərbər olmalıyıq, əks halda məhdudiyyətlər sərtləşdirilə bilər


Digərləri 14 Avq 2021 18:03:00 128 0

Hamımız səfərbər olmalıyıq, əks halda məhdudiyyətlər sərtləşdirilə bilər

Bir ildən artıqdır ki, bəşəriyyəti cənginə almış koronavirus pandemiyası ilə mübarizə aparılmaqdadır. Bu bəla ilə mübarizədə Azərbaycan öndə gedən ölkələrdən biridir. Lakin son günlərin rəqəmləri bizi daha məsuliyyətli olmağa vadar edir. Hamımız maksimum dərəcədə səfərbər olmalı, bu bəlaya az itkilərlə qalib gəlməliyik.

Bunu Trend-ə Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

Deputat bildirib ki, ölkəmizdə ilk gündən bu bəla ilə mübarizədə sistemli tədbirlər görülməyə başlanıldı, lazımi texniki-təşkilati işlər həyata keçirildi:

"Ölkəmizdə həyata keçirilən tədbirlər beynəlxalq aləmdə, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən yüksək qiymətləndirilib. Azərbaycan nəinki ölkə daxilində, beynəlxaq səviyyədə də bu mübarizədə töhfə verən az sayda ölkədən biri olub.

Ölkədə bu bəla ilə mübarizə üçün maddi-texniki bazanın yaxşılaşdırılması, o cümlədən yeni laboratoriyaların yaradılması, mövcud xəstəxanaların bu virusa qarşı mübarizəyə hazır vəziyyətə gətirilməsi, modul tipli xəstəxanaların tikilməsi, kadr təminatının yüksəldilməsi ölkəmizə bu virusa qarşı effektiv mübarizə aparmağa, epidemioloji vəziyyəti nəzarət altında saxlamağa imkan verdi, cəmiyyətimiz bu xəstəlikdən az itkilərlə çıxdı".

S.Hüseynova vurğulayıb ki, Azərbaycan vaksinasiya prosesinə dünyanın qabaqcıl ölkələri ilə eyni vaxtda başladı: