"Paltarlarımı və şlyapalarımı kürəkənim tikir"


Şou-biznes 14 Avq 2021 18:07:00 162 0

"Paltarlarımı və şlyapalarımı kürəkənim tikir"

"Kürəkənimlə başqa münasibətim var. O, uşaqlıdan valideynlərini itirib. Mən də onu övladlarımdan ayırmıram. Hətta əməkdaşlıq edirik. Mənim paltarlarımı, şlyapalarımı kürəkənim tikir. Ona oğlumdan artıq yanaşmışam".

Son.az Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan "Səhər mərkəzi" proqramında deyib. Müğənni kürəkəni ilə bağlı sualları cavablandırıb. O bildirib ki, qızı Gülşənin həyat yoldaşı ilə eyni evdə yaşayır.:

"Sənətdə, hər şeydə özümü qurban vermişəm. Uşaqlarımı o çətinlikləri yaşamağa qoymamışam. Onlar atasızlığı hiss etməyiblər. Kənardan baxıb deyirlər,  Elza öz həyatını yaşayır. Amma mən həyatımı yaşamamışam. Özümü qurban vermişəm, uşaqlarıma göstərməmişəm".

Son.az