Qadınlarda iltihablı xəstəlik


Digərləri 14 Avq 2021 18:00:00 136 0

Qadınlarda iltihablı xəstəlik

Endometrit iltihabi xəstəlik olub, uşaqlığın selikli qişasında yaranır. Uşaqlığın iltihabı zamanı onun selikli qişası tərəfindən ifraz olunan seliyin miqdarı və tərkibi dəyişir. Endometrit yumurtalıqla uşaqlıq borusu arasında, ətrafında və digər yerlərdə çapıqların əmələ gəlməsinə səbəb olur.

Son.az Axşam.az-a istinadən xəbər verir ki, endometriya zamanı uşaqlığın selikli qişasının quruluşu pozulur, bu zaman qalınlaşma baş verir. Endometrit kəskin və xroniki olur. Xroniki endometrit ginekoloji xəstəliklər sırasında ən çox yayılan xəstəliklərdəndir. Bu xəstəlik çox vaxt heç bir əlamətlə özünü büruzə vermir. Buna görə də qadınların ildə ən az iki dəfə həkim müayinəsindən keçməsi məsləhətdir.

Qadın cinsiyyət üzvlərinin iltihabı qadınlarda baş verən sonsuzluğun əsas səbəblərindən biri olub, xəstəliyə qarşı çox diqqətli olmağı tələb edir.   

Xəstəliyin əlamətləri: Yüksək temperatur Ümumi zəiflik Qarının aşağı hissəsində ağrılar İrinəbənzər ifrazat Aylıq tsiklin pozulması

Endometritin səbəbi: Gigiyenik qaydalara riayət edilməməsi Hamiləliyin süni şəkildə pozulması İmmunitetin azalması Uşaqlıqdaxili manipulyasiya Bakteriyalar İnfeksiya Göbələk Hormonal pozğunluqlar

Müalicəsi: Xəstəliyin tədqiq edilməsi üçün ultrasəs müayinəsindən keçmək lazımdır. Əvvəlcə xəstəliyi hansı mikrobun törətdiyi aşkar edilir. Daha sonra müalicə kursu təyin olunur. Xəstəliyin müalicəsi zamanı antibiotiklərlə yanaşı, qarının aşağı hissəsinə maqnitoterapiya, yod və sink ilə elektroforez, parafin aplikasiyaları kimi fizioterapevtik müalicə üsullarından da istifadə olunur. Laparoskopik üsulla uşaqlıq borusundakı qalınlaşmış hissə aradan qaldırılır.