"Taliban" Əfqanıstanda daha bir iri şəhərə hücuma başlayıb


Dünya 14 Avq 2021 17:37:00 135 0

"Taliban" Əfqanıstanda daha bir iri şəhərə hücuma başlayıb

"Taliban" hərəkatı Əfqanıstanın şimal-qərbindəki Məzari-Şərif şəhərinə doğru hücum əməliyyatlarına başladığını açıqlayıb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə təşkilatın nümayəndəsi bildirib.

Qeyd olunub ki, bu gün ərzində "Taliban" ölkənin şimalında iki əyalət mərkəzini, Puli-Humri və Fayzabad şəhərlərini ələ keçirib.

Ötən gün isə paytaxt Kabildən 80 kilometr cənub-şərqdə yerləşən Loqar əyaləti bütünlüklə, eləcə də Pakistanla sərhəddə yerləşən Paktika və Paktiya əyalətlərinin bir hissəsi "Taliban" silahlılarının nəzarətinə keçmişdi. "Taliban" həmçinin Herat və Qəndəhar şəhərlərini ələ keçirdiyini açıqlayıb.

Eyni zamanda ABŞ bu ölkədəki səfirliyində məxfi sənədlərin məhv olunmasına başlandığını elan edib.

Son.az