Bu gün bizim üçün çox qürurverici bir gündür "İrəli" İBnin sədri


Digərləri 14 Avq 2021 14:47:00 112 0

Bu gün bizim üçün çox qürurverici bir gündür  "İrəli" İBnin sədri

44 günlük Vətən müharibəsi dövründə Ali Baş Komandanın rəhbərliyi altında ön cəbhədə vuruşmuşam, indi isə bura mülki vətəndaş olaraq gəlmişəm.

Bunu Trend-ə açıqlamasında gənclər və könüllülərin Ağdama səfərində iştirak edən "İrəli" İctimai Birliyinin sədri Şahin Rəhmanov deyib. O bildirib ki, bu gün çox qürurverici bir gündür:

"İllərdir xalqımız bu torpaqlarımıza qovuşmağın həsrətində idi. Nəhayət ki, biz burAdayıq. Buna görə, ilk növbədə Ali Baş Komandanımıza və müzəffər ordumuza, şəhidlərimizə minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin. Bundan sonra gənclərimiz xüsusilə Qarabağın quruculuq işlərində fəal iştirak edəcək. Bundan başqa bu gün ermənilərin Qarabağda törətdiyi vəhşiliyi dünyaya çatdırmaq hər bir azərbaycanlının borcudur".