Aparıcı gənclər təşkilatlarının Ağdama səfəri başlayıb


Siyasət 14 Avq 2021 14:31:00 146 0

Aparıcı gənclər təşkilatlarının Ağdama səfəri başlayıb

Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) təşkilatçılığı ilə ölkəmizdə fəaliyyət göstərən bir sıra aparıcı gənclər təşkilatlarının nümayəndə heyətinin işğaldan azad olunmuş Ağdam şəhərində səfərdədir.

Son.az Trend-ə istinadən bildirir ki, səfərdə Gənclər Fondu, NAYORA, İrəli İB, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ), Davam Gənclər Hərəkatı, Gənclərin Maarifləndirilməsinə Dəstək İB, Gənc Sima İB, Gənclərin İnkişaf və Karyera Mərkəzi (GİKM), Böyük Qayıdış İB olmaqla bir sıra təşkilatların nümayəndələri iştirak edir.

Səfər iştirakçıları ilk olaraq Ağdamda Pənahəli xanın sarayının yerləşdiyi İmarət kompleksində, İmarət stadionunda olublar.

Nümayəndə heyətini Azərbaycan Repubilkası Prezidentinin Ağdam şəhəri üzrə xüsusi nümayəndəsi Emin Hüseynov qarşılayıb.

Son.az