Masallıda qohumlardan biri digərini bıçaqlayıb


Digərləri 14 Avq 2021 08:58:00 153 0

Masallıda qohumlardan biri digərini bıçaqlayıb

Masallı rayonunda 28 yaşlı gənc bıçaqlanıb.

Son.az APA-ya istinadən xəbər verir ki, rayonun Şərəfə kəndində qohumlar arasında yaranmış mübahisə sonradan davaya çevrilib. Nəticədə 1993-cü il təvəllüdlü Pərviz Əzizov bıçaq xəsarəti alıb. Onu Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırmaq mümkün olub.

Hazırda hadisənin hansı səbəbdən və kim tərəfindən törədildiyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.