Qazaxda 21 yaşlı gənc qətlə yetirilib


Kriminal 13 Avq 2021 22:29:00 188 0

Qazaxda 21 yaşlı gənc qətlə yetirilib

Qazaxda qətl hadisəsi baş verib.

Son.az APA-ya istinadən bildirir ki, hadisə rayonun Şıxlı kəndində qeydə alınıb.

1999-cu il təvəllüdlü Mansurov Novruz Feyruz oğlu bıçaq xəsarəti ilə Qazax Rayon Mərkəzi xəstəxanasına yerləşdirilib. Həkimlərin müdaxiləsinə baxmayaq, gənc oğlan xəstəxanada dünyasını dəyişib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Cinayətin kim tərəfindən törədildiyi məlum deyil.