17 balı olan sürücü qırmızıda keçib sürücülük hüququnu itirdi


Digərləri 13 Avq 2021 14:28:00 149 0

17 balı olan sürücü qırmızıda keçib sürücülük hüququnu itirdi

Bakı-Sumqayıt yolunda təhlükəli manevrlər edib svetoforun qırmızı işığından keçən sürücü saxlanıldı.

Son.az bildirir ki, Baş Dövlət Yol Polisi İdarəsindən Avtosfer.az-a verilən məlumata görə, yayılmış görüntülərə baxış keçirildikdən sonra

99-VV-365 qeydiyyat nişanlı "Toyota Prius" markalı avtomobilin sürücüsünün törətdiyi qayda pozuntusu öz təsdiqini tapıb. Buna görə də sürücü Şahmarlı İlqar Sevindik oğlu idarəyə dəvət olunaraq barəsində İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsiylə 3 bal 60 manat cərimə yazılıb.

Onun sürücülük vəsiqəsində 17 bal olduğu üçün, yazılmış 3 bal 60 manat cərimədən sonra toplanılmış ballar 20-yə çatdığından, sürücülük hüququ avtomatik olaraq məhdudlaşdırılıb.