Tank bölmələri intensiv döyüş hazırlığı məşğələlərinə başlayıb


Digərləri 13 Avq 2021 13:49:00 132 0

Tank bölmələri intensiv döyüş hazırlığı məşğələlərinə başlayıb

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun tank bölmələrinin intensiv döyüş hazırlığı məşğələləri keçirilir.

Müdafiə Nazirliyindən Son.az-a verilən məlumata görə, məşğələlər zamanı nəzəri biliklərini təkmilləşdirən tank heyətləri təhlükəsizlik qaydalarını öyrənir.

Sonra hərbi qulluqçular döyüş maşınlarının idarə olunması vərdişlərinin təkmilləşdirilməsi üzrə məşğələlərə başlayır və praktiki atışlar icra edir.