Pandemiyanın turizmə təsiri


Digərləri 13 Avq 2021 01:33:00 205 0

Pandemiyanın turizmə təsiri

Bu sektora koronavirusun təsirini azaltmaq üçün layihələr hazırlanır

Son.az Real TV-ə istinadən bildirir ki, pandemiya ən çox mənfi əsir göstərdiyi sahələrdən biri turizmdir.

Ölkəmizdə də bu sektora koronovirus təsiri olsa da bu sahənin canlanmasi üçün müəyyən layihələr aparilir. Ehtiyac duyulan yeni turizm məhsullarinin siyahısı hazırlanır.

Azərbaycanda turistlərin səfər edəcəkləri ərazi üzrə ictimai-iaşə obyektləri və restoranları daha rahat tapmaları, həmçinin təqdim olunan menyularla tanış olmaları üçün "Mymenu.az" platforması da yaradılıb. xarici turistlərin regionlara səfərlərinin asanlaşdırılması məqsədilə layihədə fərqli dillərdə menyuların hazırlanıb.

Pandemiya ilə əlaqədar ölkədə həyata keçirilən müəyyən yumşalmalardan sonra turizmin bərpasında müəyyən irəliləyişlər hiss olunub. Xüsusilə, daxili turizmdə...

Bir sıra xarici ölkələrlə Azərbaycan arasında uçuşların bərpası da turizmin inkişafına dəstək verib. Mütəxəssislər bildirir ki, koronovirusla bağlı vəziyyət yeniden kritikləşərsə bu sektor yenidən risk altında qala bilər.