Gəncədə qardaş bacısını bıçaqlayıb


Kriminal 12 Avq 2021 19:46:00 271 0

Gəncədə qardaş bacısını bıçaqlayıb

Gəncə şəhərində qardaş bacısına bıçaqla xəsarət yetirib.

Son.az "Report"a istinadən bildirir ki, hadisə şəhərin Avtozavod qəsəbəsi adlanan ərazisində qeydə alınıb.

Belə ki, həmin şəhərin sakini, 1992-ci il təvəllüdlü Əzizova Ayişə Şehrəddin qızı qardaşı tərəfindən bıçaqlanıb. O, Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Faktla bağlı araşdırmalar aparılır.

Son.az