Türkiyədə daşqınlarda ölənlərin sayı 9a çatıb


Dünya 12 Avq 2021 18:12:00 150 0

Türkiyədə daşqınlarda ölənlərin sayı 9a çatıb

Türkiyənin şimalındakı Kastamonu vilayətində daşqınlar nəticəsində həlak olanların sayı 9 nəfərə çatıb.

Son.az Trend-ə istinadən bildirir ki, bölgədə axtarış-xilasetmə və təxliyə işləri üçün 17 helikopter cəlb edilib.

Daşqınlar Kastamonu, Sinop və Bartın vilayətlərində ciddi fəsadlar törədib. Üç vilayətdən 900-dən çox sakin təxliyə olunub.

Bartında ötən gün itkin düşmüş şəxsin axtarışları davam edir.