“Pak Dad” və bir neçə restoran cərimələndi


Digərləri 12 Avq 2021 18:06:00 138 0

“Pak Dad” və bir neçə restoran cərimələndi

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) nəzarət tədbirləri çərçivəsində ötən gün ölkə üzrə 401 ictimai iaşə obyektində 685 monitorinq keçirib.

AQTA-dan Son.az-a verilən məlumata görə, monitorinqlər zamanı 7 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub.

Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb. Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Səbail ‎ ‎rayonu, Neftçilər pr., ev 153 ünvanında yerləşən, hüquqi şəxs "Beat Restaurants" MMC-yə məxsus "Baku" kafesi;

2. Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi və Sarayevo küçələrinin kəsişməsində yerləşən, fiziki şəxs Babaşov Şöhrət Adışirin oğluna məxsus "Pak Dad" restoranı;

3. Bakı şəhəri, Nəsimi ‎rayonu, Əliyev küç., ev 14 ünvanında yerləşən, fiziki şəxs Akkuş Servetə məxsus kafe;

4. Bakı şəhəri, Nərimanov ‎rayonu, Əliyar Əliyev küçəsi 69 ünvanında yerləşən, fiziki şəxs Dəmirov Uğur Hüseyn oğluna məxsus kafe;