Bu küçə və yollar təmir edilir


Digərləri 12 Avq 2021 17:42:00 131 0

Bu küçə və yollar təmir edilir

2021-ci ilin "İnvestisiya Proqramı"na uyğun olaraq, Bakı şəhəri Binəqədi rayonu üzrə 15 km-dən çox küçə və yolda təmir işlərinin aparılması nəzərdə tutulurdu ki, hazırda bu istiqamətdə rayonun II mədən adlanan ərazisində ümumi uzunluğu 800 metr olan küçələrin təmirinə başlanılıb.

Bu barədə Son.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat verib.

Bildirilib ki, artıq nəzərdə tutulan işlərin bir hissəsi yerinə yetirilib və qeyd olunan ərazidə yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılır. Paralel olaraq küçə boyu səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sistemi də bərpa olunaraq işlək vəziyyətə gətirilir, yeraltı kommunikasiya xətlərinə yeni baxış qapaqları qoyulur.

Təmir işləri aparılacağı sahə 8 min kv.m ərazini əhatə edir.

2021-ci ilin "İnvestisiya Proqramı"na uyğun olaraq Binəqədi rayonunun Rəsulzadə qəsəbəsi üzrə 3 km, Binəqədi qəsəbəsi üzrə 5.3 km, Sulutəpə qəsəbəsi üzrə 2.6 km və Xocəsən qəsəbəsi üzrə 4.5 km qəsəbədaxili küçə və yolların təmiri də nəzərdə tutulurdu ki, bu çərçivədə Rəsulzadə qəsəbəsində ümumi uzunluğu 1 km, Binəqədi qəsəbəsi üzrə 3.9 km, Sulutəpə qəsəbəsi üzrə də 2.6 km uzunluğa malik küçə və yolların təmiri artıq yekunlaşıb.