Yeni imici heyrətləndirdi


Şou-biznes 12 Avq 2021 17:48:00 150 0

Yeni imici heyrətləndirdi

İkinci Bahar adlı serialda ulduzu parlayan Nurgül Yeşilçay dünən İstanbulun Bebek bölgəsində gözəllik salonundan çıxarkən görüntülənib.

Son.az SİA-ya istinadən verdiyi məlumata görə, Nurgül Yeşilçay film üçün saçlarını sarı rəngə boyadıb. Yeni obrazı üçün başdan-ayağa dəyişən Yeşilçay müxbirlərə "Haradan bildin? Səhərdən burdayam. Əsmərlərin sarışın olması qadağan edilməlidir" deyə zarafat edib.

Qeyd edək ki, bir müddətdir Necati Kocabayla eşq yaşayan aktrisa "Evlənmək üçün vaxt tapa bilmirik, çox tənbəlik" deyərək, bütün diqqətləri üzərinə çəkməyi bacarmışdı.