Bu il yeni doğulan oğlan və qız uşaqlarına ən çox qoyulan adlar açıqlandı


Digərləri 11 Avq 2021 12:12:00 113 0

Bu il yeni doğulan oğlan və qız uşaqlarına ən çox qoyulan adlar açıqlandı

Bu ilin birinci yarımilində yeni doğulan oğlan və qız uşaqlarına ən çox qoyulan adlar açıqlanıb.

Son.az bildirir ki, bunu "Ədliyyə xidmətləri: qeydiyyat və notariat orqanlarının fəaliyyəti" mövzusunda keçirilən onlayn brifinqdə Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin rəisi Reyhanə Kərimova bildirib.

O qeyd edib ki, bu ilin I yarımilində ən çox qoyulan oğlan adları Əli, Yusif, Uğur, Hüseyn, Məhəmməd, qız adları isə Zəhra, Zeynəb, Məryəm, Aylin və Mələkdir.