Neftçalanın kəndləri də su ilə təmin edilib


Digərləri 11 Avq 2021 12:06:00 123 0

Neftçalanın kəndləri də su ilə təmin edilib

Neftçala rayonunun Uzunbabalı kəndinə içməli suyun verilməsi təmin edilib. Yaxın vaxtlarda digər kəndlərin də içməli su təchizatı yaxşılaşdırılacaq.

Son.az Real TV-yə istinadən bildirir ki, Neftçala rayonunun içməli sudan əziyyət çəkən 12 yaşayış məntəqəsinin su təchizatının yaxşılaşdırılması məqsədilə "Azərsu" Açıq Səhmdar Cəmiyyəti tərəfindən yeni layihə həyata keçirilir. İndiyədək bu kəndlərinin su təchizatı modul tipli sutəmizləyici qurğular hesabına aparılıb. Kür çayında suyun səviyyəsinin azalması və keyfiyyətinin aşağı düşməsi səbəbindən ilin isti dövrlərində həmin qurğuları xam su ilə təmin etmək mümkün olmurdu.

Rayonun Kürqarabucaq, Birinci Qaralı, İkinci Qaralı, Qədimkənd, Yuxarı Qaramanlı kəndləri içməli su ilə təmin etmək məqsədilə 450 mm diametrli polietilen borularla 11 km uzunluğunda magistral su kəmərinin 6 km-lik hissəsi inşa edilib. Mirqurbanlı və Həsənabad kəndlərinin, həmçinin Qoltuq məhəlləsinin su təchizatı isə Neftçala şəhərinin şəbəkəsi hesabına aparılacaq.

Ümumilikdə Neftçala rayonunun 12 kəndində həyata keçirilən layihələr çərçivəsində 20 min nəfər sakinin su təchizatı yaxşılaşdırılacaq. Gələcəkdə Neftçala rayonunun kəndlərinə verilən içməli suyun həcminin artırılması məqsədilə Salyan şəhərindən Neftçalaya ikinci magistral kəmərin kəmərin inşası nəzərdə tutulur. Bu kəmər hesabına daha 8 kəndin içməli su təchizatı yaxşılaşdırılacaq.