Dünya ulduzu villasını 8 milyon dollara satır


Digərləri 11 Avq 2021 11:48:00 125 0

Dünya ulduzu villasını 8 milyon dollara satır

80-ci illərin məşhur aktrisası Bruk Şilds Sakit okeanı sahilindəki villasını satışa çıxarıb.

Son.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hazırda New-Yorkda yaşayan Şilds Kaliforniyadakı mənzilinə alıcı axtarır. 

Məlumata əsasən, sözügedən evin satış dəyəri 8 milyon 195 min dollar təyin edilib. 

56 yaşlı məşhur aktrisa bu evi 10 il əvvəl tennisçi Andre Aqassi ilə evli olarkən 3,3 milyon dollara almışdı. Üç mərtəbədən ibarət olan bu evdə 5 yataq otağı və 6 hamam otağı var. 

Qeyd edək ki, bir neçə il ərzində kirayəyə verilən bu evdə evli cütlük Benk Afflek və Cennifer Qarner də yaşayıb.

Son.az