Şəhid Cavid Cabarzadənin doğum günü idi


Digərləri 11 Avq 2021 11:18:00 136 0

Şəhid Cavid Cabarzadənin doğum günü idi

"Qayıtsam da, qayıtmasam da, vətən sağ olsun" deyən şəhid Cabarzadə Cavidin bu gün 24 yaşı olur.

Son.az Xezerxeber-ə istinadən bildirir ki, Cavid, qəza keçirməsinə baxmayaraq, gipslərini açaraq ailəsinə xəbər etmədən könüllü kimi yazılıb.

Sentyabrın 28-i ona zəng gələndə general-mayor Polad Həşimovun qısasını alacağını deyərək, ayın 29-u yola düşüb. Kamandan oxatma federasiyasında göstərdiyi uğurlara görə orduda kəşfiyyatçı kimi xidmət göstərib. Anası Almaz xanım deyir ki, hər cür köməklik edə bilməsi üçün  çox sevinərək aldığı sürücülük vəsiqəsini də özü ilə aparıb. Əsgər yoldaşlarının Cavid haqqında dedikləri isə ona yenidən övladının necə mərd olduğunu sübut edib.

Atası  Qorxmaz Cabarovun sözlərinə görə, oktyabrın 23-ü Cavid ondan hallalıq istəyib və deyib ki, qayıtmaya bilər. Oktyabrın 24-ü  Füzuli istiqamətində gedən döyüşlərdə atılan minamyot nəticəsində 12 dostu ilə birlikdə yaralanıb. Elə o gün də şəhidlik zirvəsinə ucalıb.

Cabarzadə Cavid 2-ci Fəxri xiyabanda dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: