Rusiya sərhədçiləri Ermənistanın Qazax rayonu ilə sərhəddə ikinci post qurdu


Digərləri 11 Avq 2021 11:00:00 141 0

Rusiya sərhədçiləri Ermənistanın Qazax rayonu ilə sərhəddə ikinci post qurdu

Azərbaycanın Qazax rayonu ilə həmsərhəd olan Ermənistanın Tavuş bölgəsində Rusiya Dövlət Sərhəd Xidməti ikinci sərhəd zastavası yaradıb. Bu barədə "168.am" nəşri öz mənbələrinə istinadən xəbər verir.

Son.az virtualaz-a istinadən xəbər verir ki, Rusiya sərhədçiləri Tavuş rayonunun Voskepar kəndində də post qurub. Erməni mütəxəssisləri düşünür ki, bu birinci Qarabağ müharibəsi zamanı işğal edilmiş anklav ərazilərinin Azərbaycana qaytarılması və qarşıdakı sərhədin delimitasiyası ərəfəsində təhlükəsizlik tədbiridir.

NEWS.am saytına verdiyi müsahibədə, Tavuş bölgəsinin qubernatoru Hayk Galumyan, yayılmış məlumatları şərh etməkdən imtina edərək, bölgə rəhbərliyinin bu kimi məsələlərlə heç bir əlaqəsi olmadığını qeyd edib. O, jurnalistləri Müdafiə Nazirliyinə müraciət etməyə çağırıb.

Ermənistan Müdafiə Nazirliyindən isə bildiriblər ki, hal-hazırda məlumat verə bilmirlər.