Rusiyalı FSB polkovnikinin İtaliyada mərmər və qızıl mebelli villası tapıldı


Dünya 11 Avq 2021 10:12:00 169 0

Rusiyalı FSB polkovnikinin İtaliyada mərmər və qızıl mebelli villası tapıldı

Rusiya Təhlükəsizlik Xidmətinin (FSB) bank idarəsi rəhbərinin keçmiş müavini polkovnik Dmitri Frolovun xaricdə bahalı daşınmaz əmlakı aşkar olunub.

Son.az oxu.az-a istinadən xəbər verir ki, Frolov İtaliyanın Komo gölü sahilində 4 mərtəbəli lüks villaya sahibdir. Villa dəbdəbəli mərmərlə üzlənib. İnteryerdəki mebellər isə xalis qızılla bəzədilib. Evin vanna otağında dəyəri 2.5 min avro olan asılqanlar quraşdırılıb.

Polkovnikin vəkili əmlakın onun müvəkkili tərəfindən deyil, atası tərəfindən alındığını bildirib.

Qeyd edək ki, hazırda Frolov ev dustaqlığındadır. O, himayədarlıq müqabilində rüşvət almaqda və dələduzluqda ittiham olunur.

Keçmiş FSB əməkdaşı özünün günahsız olduğunu bəyan edib.