Tədbir görməzsək, sentyabrdan yenidən gündəlik yüksək rəqəmlərin şahidi ola bilərik


Digərləri 11 Avq 2021 09:59:00 137 0

Tədbir görməzsək, sentyabrdan yenidən gündəlik yüksək rəqəmlərin şahidi ola bilərik

Hazırki, vəziyyət bizə deyir ki, bu iş bitmədi. Əgər tədbir görməzsək, sentyabrdan başlayaraq yenidən gündəlik yüksək rəqəmlərin şahidi ola bilərik.

Son.az Trend-ə istinadən bildirir ki, bunu ÜST-nin Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.

H.Harmancı son zamanlar dünyada artan yoluxma halları haqqında danışıb: "Epidemioloji vəziyyətlə əlaqədar bir az rahatlanmalar başladığı və məhdudiyyətlərin yumşaldılması zaman COVID-19-a yoluxma hallarının artacağını təxmin edirdik. Bu, bütün dünyada belə oldu. ÜST bunun data bazasını toplayır. Məlumdur ki, nə qədər çox sərt tədbir alınırsa, yoluxma sayı bir o qədər azalır. Nə qədər çox yumşalmalar olarsa, yoluxma sayları bir o qədər artır. Bu, pandemiyanın bitmədiyi anlamına gəlir. Lakin hər zaman eyni təzyiqi göstərərək insanlarla davranmaq olmaz. Bu işin iqtisadi, sosial, psixoloji və s. tərəfləri də var.

Hökumətlər, o cümlədən Azərbaycan hökuməti ölkədəki epidemioloji vəziyyəti nəzərə alaraq bəzi məhdudiyyətləri yumşaltmaq qərarına gəldilər. Bu, bir az özümüzə gəlməmiz üçün önəmli bir fürsətdir. Lakin təxminən son bir ayda yoluxma saylarında sürətli şəkildə artım müşahidə olunur. Belə ki, bu müddətdə COVID-19-a gündəlik yeni yoluxma halları 10 dəfə artıb. Yoluxma halları hətta ikirəqəmli ədədlərlə ifadə olunurdu, hazırda isə 1000-dən çoxdur. Azərbaycanda hər gün təxminən 10 min civarında diaqnostik test icra olunur. Aparılan testlər arasında pozitiv nəticələrin payı 2 faizdən 13 faizə qədər artıb. Bu, o deməkdir ki, əhali arasında koronavirusla xəstələnənlərin sayı artır".

H.Harmancı vurğulayıb ki, pandemiya dövründə Azərbaycanın nailiyyətlərindən biri də burada çox yaxşı laboratoriyaların qurulmasıdır: