Bakıda intihara cəhdin qarşısı alınıb


Digərləri 11 Avq 2021 08:04:00 168 0

Bakıda intihara cəhdin qarşısı alınıb

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər çoxmərtəbəli yaşayış binasının on üçüncü mərtəbəsinin eyvanına çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

FHN-dən Son.az-a verilən məlumata görə, xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.