“Bilgəh” istirahət mərkəzində alışma baş verib


Digərləri 11 Avq 2021 07:48:00 144 0

“Bilgəh” istirahət mərkəzində alışma baş verib

"Bakı Metropoliteni" QSC-nin "Bilgəh" istirahət mərkəzində yerləşən kotteclərdən birinin otağında alışma baş verib.

"Bakı Metropoliteni" QSC-dən Son.az-a  bildirilib ki, vaxtında görülmüş tədbirlər nəticəsində hadisənin yanğına çevrilməsinin qarşısı alınıb. Xəsarət alan olmayıb. Hadisə ilə bağlı araşdırma aparılır.