Yaxın vaxtlarda Ağaoğlu məscidinin bərpasına başlanılacaq


Kriminal 10 Avq 2021 18:42:00 220 0

Yaxın vaxtlarda Ağaoğlu məscidinin bərpasına başlanılacaq

Yaxın vaxtlarda Lahıcda yerləşən Ağaoğlu məscidinin bərpasına başlanılacaq.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Lahıc Tarix Mədəniyyət Qoruğunun direktoru Kamal Əliyev məlumat verib.

O bildirib ki, məscid qəzalı vəziyyət olduğu üçün 2020-ci ilin avqustundan fəaliyyətini dayandırırıb:

"Altından qrunt suları keçdiyi üçün abidə sürüşür. Məscidin restavrasiyası ilə bağlı layihə hazırlanıb, yaxın vaxtlarda bərpa işlərinı başlanılacaq".

Qeyd edək ki, abidə 1902-ci ilə ildə tikilib.1986-cı ildə aparılan bərpa işləri zaman ortada yerləşən minarə məscidin sol tərəfinə köçürülüb.