İşəgötürənlərin sayı artmaqda davam edərək 382ə çatıb


Digərləri 10 Avq 2021 17:49:00 126 0

İşəgötürənlərin sayı artmaqda davam edərək 382ə çatıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən iki ay əvvəl başladılan "Məşğulluq marafonu"na qoşulan işəgötürənlərin sayı hər gün artmaqda davam edir.

Nazirlikdən Son.az-a verilən məlumata görə, şəhid ailəsi üzvləri, Vətən müharibəsində yaralanmış qazilərin məşğulluğuna dəstək məqsədi daşıyan marafonda iştirak edən işəgötürənlərin sayı artıq 382-ə çatıb. Onlardan 183-ü dövlət, qalanları özəl müəssisələrdir. Həmin işəgötürənlərin 227-si xidmət, 105-i emal, 32-si kənd təsərrüfatı, 18-i tikinti sahəsinə aiddir.

İşəgötürənlər tərəfindən "Məşğulluq marafonu" çərçivəsində müvafiq e-sistemə daxil edilən vakansiyaların sayı isə 1672-yə çatıb.

Təqdim edilən vakansiyalar üzrə şəhid ailəsi üzvləri, Vətən müharibəsində yaralanmış qazilərin işlə təminatı prosesi də davam edir. Həmin vakansiyalar üzrə artıq 389 şəhid ailəsi üzvü və qazi işlə təmin olunub. Onlardan 299-u qazi, qalanları şəhid ailəsi üzvləridir.

Marafona qoşulmaq istəyən işəgötürənlər

vakansiyaları https://dma.gov.az/layiheler/mesgulluq-marafonu linkinə daxil olmaqla göndərə bilərlər.