Türkiyədə leysan yağdı, evləri su basdı


Dünya 10 Avq 2021 09:56:00 140 0

Türkiyədə leysan yağdı, evləri su basdı

Türkiyədə leysan yağışları müxtəlif bölgələrdə fəsadlar törədib.

Son.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, dünən axşam saatlarında Kahramanmaraşda başlayan yağış səbəbindən daşqın baş verib.

Məlumata əsasən, Türkören və Geçit adlı ərazilərdən keçən Söğütlü çayı daşıb.

Daşqın nəticəsində bəzi evləri, iş yerlərini və tövlələri su basıb. Daşqın baş verən ərazilərdə təhlükəsizliyi təmin etmək məqsədilə elektrik enerjisinin verilişi dayandırılıb. 

Həmçinin daşqın baş verən ərazilərdə həlak olan və xəsarət alan olmayıb. 

Kahramanmaraş ilə yanaşı Ordu da leysan yağışlarının təsirlərinə məruz qalıb.  Belə ki, Ordunun Ünye adlı bölgəsində 36 mənzilli bir bina təhlükə ilə üzləşib. 

Bildirilir ki, binanın ətrafında torpaq sürüşməsi baş verdiyindən və istinad divarına zərər dəydiyindən binanın sakinləri təxliyyə edilib və həmin əraziyə giriş məhdudlaşdırılıb. 

Bununla yanaşı, Tabakhane dərəsində suyun səviyyəsinin yüksəlməsi ilə bağlı lazımi tədbirlər görülüb. Dərənin üzərindəki körpü bağlanılıb və körpüdən həm piyadaların, həm də maşınların hərəkətinə qadağa qoyulub. 

Həmçinin iş yerlərinə dolan su iş yerləri sahibləri və bələdiyyə işçiləri tərəfindən boşaldılıb.

Son.az