Komada bir ay qalan məşhur ifaçı: “İki gün yatdığımı düşünmüşdüm”


Şou-biznes 10 Avq 2021 09:39:00 144 0

Komada bir ay qalan məşhur ifaçı: “İki gün yatdığımı düşünmüşdüm”

Ağciyərlərinin 40 faiz zədələnməsi ilə həftələrdir komada olan Rusiyalı ifaçı MakSim ayıldıqdan sonra ilk dəfə Instagram hesabından pərəstişkarlarına müraciət edib.

Müğənni onun üçün narahat olan, dua edən və dəstək göstərən hər kəsə öz minnətdarlığını bildirib.

"Bu məni o dünyadan qaytardı", - deyə ifaçı əlavə edib.

MakSim həmçinin reanimasiyadan palataya köçürüldüyünü bildirib.

"Həkimlər məndən nə qədər komada olduğumu düşündüyümü soruşdular, iki gün dedim. Bir ay keçdiyinə inana bilmirəm. Əvvəlki kimi zəifəm, yerimək istəyərkən güclü başgicəllənməsi olur", - deyə müğənni səhhəti barədə məlumat verib.