ÜST: Koronavirusun yeni ştamlarının adlandırılmasında bürc adlarından istifadə oluna bilər


Dünya 09 Avq 2021 20:51:00 237 0

ÜST: Koronavirusun yeni ştamlarının adlandırılmasında bürc adlarından istifadə oluna bilər

Koronavirusun yeni ştamlarının işarələnməsi üçün yunan hərflərinin kifayət etmədiyi təqdirdə bunun uçun bürc adlarından istifadə oluna bilər. Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) eksperti Mariya van Kerkhove "The Daily Telegraph" qəzetinə verdiyi müsahibəsində bildirib.

"Biz həqiqətən də bürc adları ilə bağlı variantı nəzərdən keçiririk", - deyə o bildirib ki, qədim yunan tanrı və ilahələrin adları da nəzərdən keçirilib, lakin bu variantdan artıq imtina olunub.

Mariya Kerkhovenin sözlərinə görə, gələcəkdə, virusun mutasiyaları səbəbi ilə yunan əlifbasının 24 hərfi maraq və ya narahatlıq doğuran yeni növlərinin işarələnməsi üçün yetərli olmaya bilər.

ÜST eksperti əlavə edib ki, virusun yeni növlərinin növbəti adları üzrə qərar nisbətən yaxın zamanda elan olunacaq. O, hazırda virusların təkamülü üzrə işçi qrupunun və ÜST-nin hüquqşünaslar qrupunun adların "heç kəsi üzməyəcəyinə" əmin olmaq üçün təklifləri iki dəfə yoxladıqlarını dəqiqləşdirib.

May ayında ÜST, COVID-19-a səbəb olan SARS-CoV-2 koronavirusunun ştamlarını yunan əlifbası hərfləri ilə işarə edəcəyini elan etmişdi. Təşkilat yeni sistemin sadə, yeni işarələrin tələffüz edilməsi və yadda saxlanılması üçün yüngül olacağını izah edib. Belə zərurət insanların virusun yeni növlərini onların aşkar edildiyi yer üzrə adlandırdıqları üçün yarandı, bu isə pisləmə və ya ayrı-seçkilik xarakter daşıya bilərdi. Bunun qarşısını almaq və ünsiyyəti yüngülləşdirmək üçün ÜST milli hakimiyyət orqanlarını və KİV-ləri yeni işarələrdən istifadə etməyə çağırıb.