Oturaq işdə çalışanların bədənində baş verən dəhşətli fəsadlar


Digərləri 09 Avq 2021 20:55:00 187 0

Oturaq işdə çalışanların bədənində baş verən dəhşətli fəsadlar

Əsrin yeni, müasir xəstəliyi - hipodinamiyadır. Yəni fiziki aktivliyin azalması, oturaq iş, oturaq həyat, bədənin hərəkətsizliyi.

Oturaq həyat asta-asta, zamanla sağlamlığı öldürür, beyini və bədəni kütləşdirir, xroniki xəstəliklər yaranır, qan dövranı pozulur. İnsan onurğası oturmaq və uzanmaq üçün yox, dayanmaq və gəzmək üçün yaradılıb.

Son.az oturaq işdə çalışanların və evdə gününü keçirənlərin orqanizmində baş verən dəhşətli dəyişiklikləri təqdim edir.

1. Pis əhval-ruhiyyə, əsəb, depressiya

Lazımi qədər fiziki aktivliyin olmaması psixoloji, ruhi sferada da mənfi təsirini göstərir. Havasız kabinetlərdə, ofislərdə, evdə saatlarla qalmaq, bədənin eyni vəziyyətdə olması, dizlərin qatlanması, gözün eyni şeylərə baxması, orqanizmdə oksigen çatışmaması beyinin lazimi qədər qidalanmamasına gətirib çıxarır.

Ağciyərlər, beyin. aşağı çanaq orqanlarında qan dövranı pozulur. Bədəndə durğunluq yaranır. BU da getdikcə insanın xasiyyətini belə dəyişir, onu əsəbi, depression vəziyyətə gətirir.

2. Zəif sümüklər, xəstə oynaqlar

Sümüklərdə kalsium və vitamin D üçün insan ofisdə, evdə oturub, qutu-qutu vitamin içməməlidir. İnsan evdən çıxıb günəş altında gəzməli, qaçmalıdır. Oturaq həyat sümükləri əridir.

3. Yuxusuzluq, beyin dumanlanması, yaddaşsızlıq

Açıq havada gəzməyən, təbiətdə çalışmayan insanda daim oksigen aclığı olur, başına qan işləmir. Onun yuxusu az, səthi olur, yuxudan doymur və ya heç yata bilmir. Yuxusuzluq isə müxtəlif psixi və fiziki xəstəliklərə səbəb olur. Hormonal balans pozulur, insan kökəlir, piylənir, intelekti azalır, qocalır, daim gərgin, təşvişli olur.