Tovuz sakinini elektrik cərəyanı vurub


Digərləri 09 Avq 2021 20:42:00 143 0

Tovuz sakinini elektrik cərəyanı vurub

Tovuzda bədbəxt hadisə baş verib.

Son.az APA-ya istinadən bildirir ki, hadisə rayonun Hunanlar kəndində qeydə alınıb.

1994-cü il təvəllüdlü Kazımov Kazım Mobil oğlunu avtomobil yuma məntəqəsində elektrik cərəyanı vurub. O, dərhal xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

İlkin məlumata görə, 27 yaşlı kişi elektrik cərəyanı ilə ehtiyatsız davranıb.