Britaniya şahzadəsi zorlamada ittiham olundu


Digərləri 09 Avq 2021 09:58:00 120 0

Britaniya şahzadəsi zorlamada ittiham olundu

Britaniya şahzadəsi Endryu məhkəmə qarşısına çıxarıla bilər.

Son.az oxu.az-a istinadən xəbər verir ki, "Mail On Sunday" nəşrinin məlumatına görə, buna səbəb kral ailəsi üzvünün 20 il öncə amerikalı qadını zorlamaqda ittiham edilməsidir.

37 yaşlı ABŞ vətəndaşı Virciniya Roberts iddia edib ki, 17 yaşında ikən şahzadə Endryu tərəfindən seksual zorakılığa məruz qalıb.

Qeyd edək ki, Bukingem sarayı iddihamları rədd edərək, əsassız adlandırıb. Hazırda Britaniya Kraliçası II Yelizavetanın nəvəsinin məhkəmə qarşısına çıxarılması Robertsin məhkəməyə müraciət edib-etməməsindən asılıdır.