Günün qoroskopu: Saatlar keçdikcə müsbət təmayüllərin təsiri azalacaq


Digərləri 09 Avq 2021 00:01:00 144 0

Günün qoroskopu: Saatlar keçdikcə müsbət təmayüllərin təsiri azalacaq

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç - güzəştlər və kompromislər üçün əlverişli zamandır. Rəqiblərlə aşkar mübarizəyə başlayın. Münaqişələr olarsa, problemin qarşısını almağa çalışın. Gəlirlər, qiymətli hədiyyələr istsina deyil.

Günün ikinci yarısı alış-veriş üçün əlverişlidir. İşgüzar duyumunuz iti olsun. Hesablarda səhv etməyin. Axşam saatları səfər, səyahət, dostlarla təmaslar və görüşlər üçün pis zaman deyil.

Sevdiyiniz insanı sevindirməyə çalışın.

Buğa - günün ilk yarısı önəmli və vacib sayılan işlərin görülməsi üçün əlverişlidir. Qətiyyətli, iradəli, zəhmətkeş olun. Maraqlı saydığınız məsələləri çözün. Ətalətli və süst davranmayın.

Hədiyyələr, xoş sürprizlər istisna deyil. Əyləncə və istirahəti təxirə salın.

Günün ikinci yarısında emosiyaların əsiri olmayın. Yaşananlarda özünüz üçün xeyirli məqamları aşkarlamağa çalışın. Yaxın ətrafınızdakı insanlarla təmaslarda qayğıkeş, diqqətli olun.

Yeni tanışlıqlar istisna deyil.  

Əkizlər - günün ilk yarısında ehtiyatlı olun. Mənfi təmayüllərin təsiri güclənir. Soyuqqanlı davranaraq təxribatlar tələsinə düşməyin. Ailədə mübahisə və fikir ayrılığı istisna deyil. Problemin həllində davranışınız xüsusi rol oynayır.

Günün ikinci yarısı daha uğurludur. Çoxdan bəri həyata keçirmək istədiyiniz planlardan birini reallaşdıra biləcəksiniz. Maraqlı görüşlər, xoş sürprizlər və diqqət izharları istisna deyil. Axşam saatları ailə üzvləri ilə daha səmimi və sıx ünsiyyət, ailəvi tədbirlərin təşkili üçün yaxşıdır.

Xərçəng - günün ilk yarısı əlverişlidir. Xeyli faydalı və gərəkli iş görmək olar. Saatlar keçdikcə işgüzar aktivliyiniz azalacaq. Başladığınız işlərə marağınız səngiməsin. Layihələri, vədləri və öhdəlikləri unutmayın.

Günün ikinci yarısında ünsiyyət sizi usandıra bilər. Hətta rəğbət bəslədiyiniz insanlarla təmaslar belə, yorucu təsir bağışlayır.

Münaqişə və mübahisə riski var. Qarşıdurma yaranmasına imkan verməyin, təxribatlara uymayın. Alış-veriş məsləhət deyil.

Maliyyə itkiləri ciddi problemə çevriləcək.

Şir - günün ilk yarısı qarışıq və laübəlidir. Önəmli görüş, danışıqlar və müzakirələr üçün əlverişli zaman deyil. Müstəqil çalışmaq məsləhətdir. İnandığınız, etibar etdiyiniz adamlarla birgə fəaliyyət göstərməyə üstünlük verin. Yeni biliklər, bacarıqlar və məlumatlar əldə etmək üçün münasib zamandır.

Günün ikinci yarısında qarşılaşdığınız insanların hamısına inanmayın.

Maraqlı insanlarla ünsiyyətə can atın. Yeni münasibətlər, habelə son vaxtlar sizi və yaxınlarınızı narahat edən münaqişələrin nizamlanması üçün münasib zamandır.

Qız - günün ilk yarısı maliyyə məsələlərində ehtiyatlı olmağınızı tələb edir. Fırıldaq qurbanı olmayın. Yaxşı tanımadığınız insana etibar edərək yanlışlığa yol verməyin. Anlaşma və sövdələşmələr üçün münasib zaman deyil.

Alış-verişdə düşünülməmiş qərarlar verməyin. Niyyətləri tam bəlli olmayan insanlarla çalışmayın.

Günün ikinci yarısında şəxsi münasibətlərə xüsusi diqqət yetirin. Ailə üzvləriniz və yaxınlarınızla təmaslarda dürüst davranış modelini seçin. Qayğıkeş və səmimi olmağınız tələb edilən situasiyalarda inadkarlıq yolverilməzdir. Dil tapmağın mümkün olduğu zamanda tərslik edərək münaqişə yaratmayın.

Tərəzi - mühüm qərar qəbul edərkən iradəli və qətiyyətli olun. Anlaşılmaz situasiyanın məğzini, köklərini araşdırın. Yaxın ətrafınızdakı insanların niyə məhz belə davrandıqlarının səbəblərini anlamağa çalışın. Soyuqqanlı və təmkinli olun.