Bali adası turistlər üçün açılmayacaq


Digərləri 08 Avq 2021 23:20:00 179 0

Bali adası turistlər üçün açılmayacaq

İndoneziya Bali kurort adasının xarici turistlər üçün açılması planlarından imtina edib.

Koronavirusla mübarizə üzrə hökumətlərarası qrupa rəhbərlik edən Dəniz işləri və investisiyalar üzrə nazir Luxut Binsar Pancaitan bunu "delta" ştammının sürətlə yayılması ilə əlaqələndirib.

"Adanın açılması qeyri-mümkündür, bu səbəbdən bu cür planları artıq nəzərdən keçirmirik", - məmur bildirib.

Onun sözlərinə görə, başlıca məqsəd koronavirusun qarşısını almaq və peyvəndlənmiş şəxslərin sayını artırmaqdır.