Rayonlara az bal toplayan müəllimlərin göndərilməsi vəziyyəti pisləşdirə bilər Ekspert


Digərləri 06 Avq 2021 14:58:00 118 0

Rayonlara az bal toplayan müəllimlərin göndərilməsi vəziyyəti pisləşdirə bilər  Ekspert

Müəllimlərin işə qəbulunda əsas problemlərdən biri rayonlara getmək istəyən müəllimlərin sayının az olmasıdır.

Son.az bildirir ki, bunu Trend-ə açıqlamasında təhsil eksperti Şahlar Əsgərov deyib. Onun sözlərinə görə, imtahanlarda yüksək bal toplamış müəllimlərin Bakıda qalıb, az bal toplayanların rayonlara göndərilməsi də məsələnin problemli tərəfidir:

"Rayonlarda təhsilin səviyyəsi onsuz da aşağıdır. Bir tərəfdən də zəif müəllimlərin göndərilməsi bu vəziyyəti daha da pisləşdirə bilər. Bu istiqamətdə ciddi işlər görülməlidir. Güman edirəm ki, Təhsil Nazirliyi düşünüb, bunun ədalətli həllini tapacaq".

Ekspert vakant yerlərin sayı ilə müqayisədə namizədlərin sayının qat-qat artıq olması və bu səbəbdən də çox sayda müəllimin işsiz qalmasına baxmayaraq, ali təhsil müəssisələrində növbəti illərdə müəllimlik ixtisası üzrə yerlərin sayının azaldılmasını isə düzgün addım hesab etmədiyini bildirib: