Rusiyada koronavirusdan ölənlərin sayı 163 mini ötüb


Dünya 06 Avq 2021 14:34:00 129 0

Rusiyada koronavirusdan ölənlərin sayı 163 mini ötüb

Rusiyada son sutka ərzində daha 22 660 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Son.az APA-ya istinadən bildirir ki, bununla Rusiyada COVID-19-a yoluxanların sayı 6 402 564 nəfərə çatıb.

Son sutka ərzində 792 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə virusdan ölənlərin sayı 163 301 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan, Braziliya və Fransadan sonra beşinci yerdə gəlir.