Delta ştammını daha tez və düzgün müalicəyə başlamaq lazımdır Rusiyalı infeksionist


Digərləri 04 Avq 2021 21:30:00 191 0

Delta ştammını daha tez və düzgün müalicəyə başlamaq lazımdır  Rusiyalı infeksionist

Delta ştammı öncəki klassik koronavirusdan yüksək sürəti ilə seçilir. Ona görə insanlar bu ştamma yoluxduğunu daha tez aşkarlayıb, düzgün müalicəyə başlamalıdırlar.

Delta ştammı barədə nələri bilməlisiz?

Son.az xəbər verir ki, Smolenskiy adına infeksion xəstəxananın şöbə müdiri Yelena Simakina Deltanın özəlliyindən və müalicəsindən danışıb.

"Delta ştammı genində aminturşusu dəyişikliyi gedib. O, digər ştamlardan fərlqi olaraq, hüceyrəyə daha asan və sürətlə daxil olur. Bu da insanın xəstələnməsini tezləşdirir. Əgər əvvəl koronavirusun inkibasiya dövrü 7-14 gün idisə, indi bu gün yoluxub, 3 gün sonra xəstə olmaq mümkündür. Delta və Delta plyus insanın kovidə qarşı anticisimlərindən yayına bilir. Yəni sağalan və peyvənd olunanlarda müdafiə zəifdir.

Deltaya əvvəlki kimi xəstə ilə uzun və yaxın kontakt da lazım deyil. O, saniyələr içində yaxınlıqda olan insana keçə bilir.

Təəssüf ki, Delta gənc və yeniyetmə immunitetlərini də yıxıb keçir. Əgər birinci-ikinci dalğada xəstə yükü yaşlıların üzərində idisə, indi gənclər, yeniyetmələr və çəkisi az olanlar daha çox xəstələnir.

Əvvəl reanimasiyaya 40 yaşında xəstə nadir halda daxil olardı, indi xəstələrin çoxu 35-45 yaş arasıdır. Bu dalğada daha gənc xəstələri itiririk.