Tibdə belə nadir hadisə yarım milyon doğuşdan bir olur


Digərləri 04 Avq 2021 21:10:00 206 0

Tibdə belə nadir hadisə yarım milyon doğuşdan bir olur

Tibdə belə nadir hadisə yarım milyon doğuşdan bir olur.

Son.az xəbər verir ki, İsraildə həkimlər hamilə qadının USM müayinəsində bətndə olan körpənin qarnının anormal böyüdüyünü görmüşdülər.

Uşaq doğulduqdan sonra həkimlər onun qarnını palpasiya edərək, körpənin qarnında nəsə tərpəndiyini hiss edirlər.

USM və rentgen göstərib ki, qarın boşluğunda bir inkişaf etməmiş embrion da var.

Təcili əməliyyatla qızın qarnında qismən inkişaf etmiş əkiz tay embrion xaric edilir.

Uğurlu əməliyyatdan sonra ana və körpə evə buraxılıb.

Tibdə buna fetus in fetu - döl içində döl sindromu deyilir. Bu fenomenin dəqiq izahı hələ yoxdur. /medicina.az