Bakıda əhalinin ticarət şəbəkəsində xərclədiyi pulun məbləği açıqlanıb


Digərləri 04 Avq 2021 20:55:00 160 0

Bakıda əhalinin ticarət şəbəkəsində xərclədiyi pulun məbləği açıqlanıb

2021-ci ilin yanvar-iyun aylarında Bakıda ticarət dövriyyəsinin həcmi 2020-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 3 faiz artaraq 11 milyard 7,3 milyon manat olub.

Son.az Trend-ə istinadən bildirir ki, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,6 faiz artaraq 5 milyard 710,4 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 0,4 faiz artaraq 5 milyard 296,9 milyon manata bərabər olub.

İstehlak məhsullarının 35,9 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 42,5 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 21,6 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.