Pentaqon yaxınlığında atışma olub, ölən var


Dünya 04 Avq 2021 07:45:00 201 0

Pentaqon yaxınlığında atışma olub, ölən var

Pentaqon yaxınlığında baş verən atışma nəticəsində ABŞ-nın polis əməkdaşı ölüb.

Trend-in məlumatına görə, bu barədə CNN televiziya şirkəti xəbər verib.

Qeyd edək ki, daha əvvəl WDVM telekanalı təcili xidmətlərə istinadən bildirib ki, Pentaqon binasının yaxınlığında baş verən atışma nəticəsində bir neçə nəfər yaralanıb.

Hadisə yaxınlıqdakı metro stansiyasında baş verib.