Daşkəsəndə azyaşlını avtomaşın vurub


Digərləri 04 Avq 2021 07:00:00 182 0

Daşkəsəndə azyaşlını avtomaşın vurub

Daşkəsən rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

Son.az APA-ya istinadən bildirir ki, hadisə rayonun Xoşbulaq kəndində qeydə alınıb.

Hərəkətdə olan avtomobil yolu keçmək istəyən 2010-cu il təvəllüdlü Alışanlı Uğur Dilsuz oğlunu vurub. Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.