Günün qoroskopu: Yaşam potensialının səviyyəsi yüksəkdir


Digərləri 04 Avq 2021 00:01:00 182 0

Günün qoroskopu: Yaşam potensialının səviyyəsi yüksəkdir

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç - işlərdə intuisiyanıza güvənin. Baş verəcək hadisələrin heç olmasa, bir qismini əvvəlcədən təxminləməyə çalışın. Peşəkar fəaliyyət müstəvisindəki bəzi qərarlarınız yaxın ətrafınızdakı insanlara qəribə gələ bilər. Amma hadisələrin inkişaf məcrası haqlı olduğunuzu göstərəcək.

İşdə rəhbərliklə münasibətləri normallaşdırın, ümumi məxrəcə gəlməyə can atın. Anlaşılmazlıqları aradan qaldırmaq olar.

Günün ikinci yarısında səhhətinizdə kiçik problemlər olacaq. Profilaktika məqsədilə yalnız sınanmış prosedurlardan və metodlardan yararlanın. Allergik reaksiya ola bilər.

Buğa - gün uğursuz başlasa da, əhvalınızı korlamayın. Az sonra müsbət dəyişiklikləri görəcəksiniz. Təcrübəli həmkarlar, habelə dostlarla ünsiyyətdə xeyir var. Belə olarsa, başqalarının səhvlərini təkrarlamamağa imkan verən məsləhətlər alacaqsınız.

Günün ikinci yarısında çətin problemin dürüst həllini tapın.

Maliyyə məsələləri baxımından əlverişli zamandır. Yaxşı gəlirlər istisna deyil. Səfər və ya səyahət əhvalınızı yaxşılaşdırmaqla yanaşı, maraqlı tanışlıqlara imkan verəcək.

Axşam saatlarında aktiv olun.

Əkizlər - işlər prinsip etibarilə pis deyil. Amma diqqətiniz yayınmasın. İstənilən kiçik səhvin böyük fəsadları ola bilər. Əvvəllər yol verdiyiniz səhvləri yada salacaqlar. Bu isə əhvalınızı korlaya bilər.

Əməkdaşlıqla bağlı danışıqlar üçün pis gün deyil. Fəqət, maliyyə məsələləri ilə bağlı qərarların qəbulunu ertələyin.

Günün ikinci yarısında planlaşdırılmamış səfərlər istisna deyil. Planlarınıza köklü dəyişiklikləri qaçılmaz edən xəbər alacaqsınız. Yaşam potensialının səviyyəsi yüksəkdir. Səhhətinizdə problemlər olmayacaq.

Xərçəng - məqsədə doğru aparan yolda çətinliklər yaransa da, fəaliyyət intensivliyini azaltmayın. Əzmkarlıq nümayiş etdirməklə yanaşı, intuisiyanızın səsini dinləyin. Məhz belə olarsa, lazımı zamanda lazımi yerdə ola bilərsiniz.

Gəlirlər az olsa da, məbləğ dadınıza çatacaq.

Günün ikinci yarısı yeni tanışlıqlar üçün pis deyil. Yeni başlayan münasibətlərdə romantikaya yer verməyin. Alış-veriş zamanı zövqünüz sizi aldatmasın.

Şir - peşəkar fəaliyyət üçün əlverişli zamandır. Rəqibləriniz belə, uğurlarınıza paxıllıq edəcəklər. Onlar sizə mane olmağa çalışacaqlar. Sayıq olun, diqqətli davranın. İşgüzar danışıqlar və mühüm görüşlərdə qətiyyətli, iradəli olun. Çalışdığınız, sövdələşdiyiniz insanlarda özünüzlə bağlı xoş təəssürat yaradın.

Günün ikinci yarısında yeni romantik macəra ola bilər. Yeni münasibətlər sizi sevindirsə də, uzun müddət davam etməyəcək.

Yaşlı qohumlarla fikir ayrılıqları, pul məsələsinə görə mübahisələr istisna deyil.

Alış-verişdə çox pul xərcləməyin.

Qız - çatışmazlıqlar və nöqsanlardan xali olmayan gündür. Peşəkar fəaliyyət sahəsində, maliyyə məsələlərində problemlər yarana bilər. Rəğbət bəslədiyiniz insanla münaqişə etməyin. Mənfi təmayüllərin təsiri çox davam etməyəcək.

Günün ikinci yarısında başqalarının göstəriş və məsləhətlərinə qulaq asmayın. Öz planınız çərçivəsində hərəkət edin. Belədə uğur qazana bilərsiniz.

Yaşam potensialının səviyyəsi yüksəkdir. Hətta ən ciddi və ağır işlər də sizi yorğun salmayacaq. Qüvvəniz tükənməyəcək. Fiziki iş, idman üçün əlverişli zamandır.

Axşam saatlarında effektiv profilaktiki prosedurları həyata keçirə bilərsiniz.

Tərəzi - mürəkkəb, qarışıq gündür. İstənilən formada intriqalardan uzaq olun, aşkar fəaliyyət göstərin. Əks təqdirdə bədxahlar sizi tələyə sala bilərlər.

Şübhəli, etibar etmədiyiniz insanlarla təmaslar zərərdən başqa heç nə vəd etmir. Anlaşmalar və ya sövdələşmələrin yaxşı perspektivi yoxdur.