Qazaxda baş verən qəzada 3 nəfər xəsarət alıb


Digərləri 02 Avq 2021 21:30:00 134 0

Qazaxda baş verən qəzada 3 nəfər xəsarət alıb

Qazaxda yol-nəqliyyat hadisəsi baş verib.

Son.az APA-ya istinadən bildirir ki, hadisə rayonun Kosalar kəndində qeydə alınıb.

Hərəkətdə olan iki minik avtomobili toqquşub. Qəza zamanı 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.