Taksidə şou göstərən sərnişini və sürücünü hansı cəza gözləyir?


Digərləri 02 Avq 2021 19:55:00 133 0

Taksidə şou göstərən sərnişini və sürücünü hansı cəza gözləyir?

Bakıda taksidə selfi çəkən gənc özünün və yoldakı digər şəxslərin həyatına təhlükə yaradıb. Avtomobilin hərəkətdə olmasına baxmayaraq, bir gənc mindiyi taksinin qabaq pəncərəsini tam açıb  bədənini çölə çıxararaq selfi edib. Görüntüləri izləyən ekspertlər deyir ki, bu ciddi qayda pozuntusudur.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, avtomobil hərəkətdə olduğu halda qabağ yan şüşəsindən çölə çıxıb selfi edir.

Hadisə gecə saatlarında paytaxtın Sabunçu rayonu Bakıxanov qəsəbəsində olub. Hadisənin şahidi olan şəxslərdən biri həmin anı çəkərək sosial şəbəkələrdə paylaşıb. Kadrlardan aydın olur ki, mindiyi taksinin qabaq pəncərəsini tam açaraq bədənini çölə çıxaran gənc selfi çəkməyə çalışıb.

Avtomobilin hərəkətdə olmasına baxmayaraq, həm özünün, həm də yoldakı digər hərəkət iştirakçılarının həyatına təhlükə yaradan həmin şəxs bir əli ilə telefonu tutaraq nəhayət ki, foto çəkib. Görüntüləri izləyən yol hərəkəti üzrə ekspert Elməddin Muradlı deyir ki, həmin gəncin hərəkətləri kobud qayda pozuntusudur.

Belə qayda pozuntularının cəriməsi o qədər də yüksək olmadığından ekspert təklif edir ki, bu cür qayda pozuntularına yol verərək cəmiyyətə pis örnək olan şəxslər cərimə olunmaqla yanaşı həm də ictimai işlərə cəlb edilsinlər.