İranda ötən sutka koronavirusdan ölənlərin sayı 400ü keçdi


Dünya 02 Avq 2021 19:40:00 174 0

İranda ötən sutka koronavirusdan ölənlərin sayı 400ü keçdi

İranda ötən sutka ərzində 411 nəfər koronavirusdan (COVID-19) ölüb.

Son.az Trend-ə istinadən bildirir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 91 407 nəfərə yüksəlib.

İranda ötən sutka ərzində 37 189 nəfər koronavirusa yoluxub. Beləliklə ölkədə bu virusa yoluxanların sayı 3 940 708 nəfərə çatıb.

Ümumilikdə, İranda 13 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 10,3 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2,79 milyon təşkil edir.