Qorbaçov Qarabağı niyə ermənilərə verməyib: "Bu, qəbuledilməz idi"


Dünya 02 Avq 2021 18:48:00 129 0

Qorbaçov Qarabağı niyə ermənilərə verməyib: "Bu, qəbuledilməz idi"

"1988-ci ilin əvvəllərində Dağlığ Qarabağ problemi gərginləşmişdi. Problemin kökləri  - çoxdankı idi və onun sadə bir həlli nə o vaxt, nə də indi yox idi, halbuki məni inandırmağa çalışırdılar ki, bunu sərhədlərin dəyişməsi ilə həll etmək mümkündür. Dövlətin rəhbərliyində bununla bağlı yegabə fikir formalaşmışdı: bu, qəbuledilməzdir. Mən hesab edirdim ki, Dağlıq Qarabağ statusu haqqında razılılğın əldə edilməsi - erməni və azərbaycanlıların işidir, İttifaq mərkəzin rolu isə - sadəcə onlara vəziyyətin normallaşdırılmasında kömək etmək, iqtisadi problemləri həll etmək idi. Əminəm ki, bu, düzgün xətt idi".

Son.az virtualaz.org-a istinadən xəbər verir ki, bunu SSRİ prezidenti Mixail Qorbaçov "Qlobal siyasətdə Rusiya" jurnalı üçün öz məqaləsində yazıb.     

Problemin gərginləşməsində Qorbaçov partiya rəhbərliyini və iki respublikanın ziyalılarını günahlandırır: "Onlar razılığa və ya heç olmasa dialoqa yolu tapa bilmədilər və ekstremistlər onları arxa plana çəkiblər. Hadisələr ged-gedə qarpotu kimi böyüyürdülər".